AZ

Venesuela polisinə əmr verildi:MADURONUN TUTULMASINDA İŞTİRAK EDƏNLƏR HƏBS OLUNACAQ

Venesuela polisinə Prezident Nikolas Maduronun tutulması əməliyyatında ABŞ-a  kömək edənlərin hamısını həbs etmək əmri verilib.

 

"Sky News" bildirir ki, bu barədə fövqəladə vəziyyət haqqında bu gün dərc edilən fərmanda qeyd olunub.

 

"ABŞ-ın silahlı hücumunun irəlilədilməsində və ya dəstəklənməsində iştirak edənlərin istisnasız olaraq hamısının ölkə üzrə axtarışına və dərhal həbsinə başlamaq lazımdır", – mətndə deyilir.

 

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka aparılıblar.

Seçilən
75
2
senzor.az

4Mənbələr