AZ

Venesuelada Prezident Sarayı yaxınlığında silah səsləri eşidildi


Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında silah səsləri eşidilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BNO News” portalı məlumat yayıb.
Portalın dərc etdiyi məlumata görə, ilk atəş səsləri yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə saat 04:30) eşidilib.
Portal bildirib ki, baş verənlərə icazəsiz ərazi üzərində uçan dronlar və polisin xəbərdarlıq atəşləri səbəb olub.
Digər tərəfdən, “NBC News” telekanalı qeyd edib ki, ABŞ Venesuela paytaxtında baş verən atışma ilə bağlı məlumatları diqqətlə izləyir. ABŞ administrasiyasının mənbələri Vaşinqtonun hadisədə iştirak etmədiyini qeyd edib.
Seçilən
112
5
yeniavaz.com

7Mənbələr