AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.

“Report”un məlumatına görə, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.

Saat 16:00-da “Neftçi” “Gənclər”lə, 18:00-da isə “Ordu” “Murov Az Terminal”la üz üzə gələcək.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınlar arasında isə VI turdan təxirə düşən “Murov Az Terminal” – “Abşeron” matçı gerçəkləşəcək. Görüş “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da başlayacaq.

Seçilən
26
5
editor.az

7Mənbələr