AZ

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 73 milyon 867 min manat sığorta haqqı toplanıb.

Valyuta.az xəbər verir ki, bu göstərici illik müqayisədə 1 milyon 176 min manat və ya 1,56% azdır. 2024-cü ilin yanvar-noyabr aylarında bu növ üzrə sığorta haqları 75 milyon 43 min manat təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin məbləği 2 milyon 326 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 611 min manat və ya 20,8% azdır.

2024-cü ilin eyni dövründə bu göstərici 2 milyon 937 min manat təşkil etmişdi.

Tənzilə Ağabalayev


Seçilən
65
2
azia.az

10Mənbələr