AZ

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ Venesuelanı işğal etməyi planlaşdırmır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

“Venesuelada ABŞ silahlı qüvvələri yoxdur və biz həmin ölkəni işğal etmirik. Bu, uzunmüddətli müharibələr aparan bir administrasiya deyil”, – deyə spiker vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yanvarın 3-də Venesuelada keçirilən genişmiqyaslı əməliyyat Prezidenti Nikolas Maduronun saxlanılması və Nyu-Yorka aparılması ilə nəticələnib.

Bildirilib ki, Maduro narkoterrorizm, kokain ixracı, silah saxlanması və sair kimi oxşar cinayətlərdə ittiham olunur.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr