AZ

II Qareginə daha bir zərbə: Qusan Alcanyan Paşinyana qoşuldu

Erməni Apostol Kilsəsinin İsveçrə Yeparxiyasının başçıs Qusan Alçanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın və 10 Kilsə iyerarxının "koordinasiya şurası" yaratmaq təşəbbüsünü alqışlayaraq, onlara qoşulduğunu və bəyannamənin və "yol xəritəsi"nin məzmununu qəbul etdiyini bildirib.

Yanvarın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan 10 üsyankar yepiskopla Erməni Apostol Kilsəsinin "təkmilləşdirilməsi üçün yol xəritəsi"ni imzalayıb.

Publika.az xəbər verir ki, Alçanyan sosial mediada yazıb: "Ermənistan Respublikasının Baş naziri və on yepiskop tərəfindən Koordinasiya Şurasının yaradılmasını alqışlayaraq, bəyannamənin və yol xəritəsinin məzmununu qəbul etməklə onlara qoşuluram. Erməni Kilsəsinin təkmilləşdirilməsi kimi müqəddəs missiyada tam iştirak etməyə hazır olduğumu bildirirəm".

Ermənistan hökumətinin başçısı artıq arximandritin qərarına reaksiya verib.

Paşinyan sosial media səhifəsində yazıb: "İsveçrə yeparxiyasının Lokum Tenenləri, Arximandrit Qusan Alçanyana hörmətim var".

Seçilən
105
1
publika.az

2Mənbələr