“Qrenlandiya ABŞ-yə məxsus olmalıdır”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.
“Hazırki ABŞ administrasiyanın rəsmi mövqeyi əvvəldən bəllidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bu barədə çox açıq danışıb”, - o deyib.
Miller aparıcının qoşunların yerləşdirilməsi ehtimalı ilə bağlı sualına birbaşa cavab verməkdən yayınsa da, “heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı Birləşmiş Ştatlarla hərbi münaqişəyə girməyəcək” söyləyib.
“Danimarkanın ərazi iddiaları nəyə əsaslanır? Onlar hansı əsasla Qrenlandiyaya iddia edirlər? ABŞ NATO gücüdür. Arktika bölgəsinin təhlükəsizliyinin təmin edilməsi, NATO-nun və onun maraqlarının qorunması və müdafiə edilməsi üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır” - o vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.
"Cebheinfo.az"