Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AHF-nin mətbuat xidməti yayıb.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.
Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.