AZ

Bundesver “Puma” PDM-lər üçün 30 mm-lik əlavə sursatlar sifariş edib

Almaniya Silahlı Qüvvələri (Bundesver) yenidən “Rheinmetall” şirkətinə piyadaların döyüş maşınları (PDM) üçün 30 mm-lik sursat sifariş verib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bir neçə yüz milyon avro dəyərindəki bu sifariş 2022-ci ildə Bundesver və şirkət arasında imzalanmış çərçivə müqaviləsinin əsasında edilib.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Bundesver “Rheinmetall” ilə “Puma” PDM-ləri üçün 30 mm-lik sursatların tədarükü üçün çərçivə müqaviləsi imzalayıb. 2029-cu ilə qədər davam edən bu çərçivə müqaviləsi artıq çatdırılma miqdarı və sifariş həcmi baxımından uzadılıb. Təxminən 1 milyard avro dəyərində bir neçə yüz min sursatın çatdırılmasını nəzərdə tutur.

“Rheinmetall” şirkəti Bundesver üçün döyüş sursatlarının əsas tədarükçülərindən biridir. Şirkət “Puma” PDM üçün 30 mm x 173 çapında iki əsas döyüş sursat növü istehsal edib və tədarük edir: KE-TF DM21 və KE DM33. Hər iki sursat növü ən son standartlara uyğun hazırlanıb və sertifikatlaşdırılıb. Sursatlar qlobal miqyasda misilsiz etibarlılıq, effektivlik, nüfuzetmə, zirehdəlmə gücü və dəqiqlik qabiliyyəti təqdim edir. Proqramlaşdırıla bilən KE-TF sursatı yüksək etibarlılığa malikdir və “Puma” PDM-ə geniş sahəli yumşaq və yarı-bərk hədəfləri, eləcə də dronları məhv etmək imkanı yaradır.

Xatırladaq ki, “Puma” parkını gücləndirmək üçün Bundesver bu yaxınlarda “Rheinmetall” və “KNDS Deutschland” (KNDS) şirkətlərinin birgə müəssisə olan “Projekt System & Management GmbH” (PSM) şirkətinə 200 ədəd “Puma” PDM-I sifariş verib.

Seçilən
49
poliqon.az

1Mənbələr