Yazını böyüt
Yazını kiçilt
“Neftçi” qış fasiləsində heyətinə yeni oyunçu qatmaq üçün çalışmalara start verib.
Hafta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Rux” komandasında çıxış edən yarımmüdafiəçi Denis Pidqurski ilə maraqlanır.
“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir.
"Transfermarkt" portalı oyunçunun dəyərini 500 min avro olaraq qiymətləndirir.