ABŞ prezidenti Donald Trampın reytinqi 42%-ə yüksəlib.
Publika.az xəbər verir ki, sorğu "Ipsos" və "Reuters" tərəfindən aparılıb.
Qeyd olunur ki, bu, onun 2025-ci ilin oktyabr ayından bəri ən yüksək göstəricidir.
"Trampın reytinqi dekabr ayında keçirilən sorğuda 39%-dən 42%-ə yüksəlib", - deyə açıqlamada qeyd olunub.
Sorğu, həmçinin respondentlərin üçdə birinin ABŞ-ın Venesuelaya hücumlarını bəyəndiyini, 72%-nin isə ABŞ-ın Latın Amerikası ölkəsinin işlərinə həddindən artıq qarışa biləcəyindən narahat olduğunu göstərib.