AZ

Orta məktəblərdə 5 gün dərs olmayacaq » AzadMedia.az


Azərbaycanda orta məktəblərdə 5 gün dərs olmayacaq.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.

2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.

Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.
Seçilən
85
36
azadmedia.az

10Mənbələr