AZ

Sibel Candan gəlininə 2 milyon dollarlıq hədiyyə - FOTO

Müğənni Sibel Can ailəsində yaşanan sevincli hadisə münasibətilə gəlininə bahalı hədiyyə təqdim edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi oğlu Engincan Ural və gəlini Merve Kayanın övlad sahibi olmasını xüsusi jestlə qeyd edib.

"Posta" qəzetinin yazdığına əsasən, Sibel Can bu münasibətlə gəlininə İstanbulun Etiler bölgəsində yerləşən lüks mənzil hədiyyə edib. Bildirilir ki, mənzilin dəyəri təxminən 2 milyon dollardır.

Qeyd edək ki, Engincan Ural və Merve Kayanın Lina adlı qız övladı ötən ilin oktyabr ayında Mayamidə dünyaya gəlib.

  • Sibel
  • Sibel
Seçilən
76
2
day.az

3Mənbələr