Belçikada müştərilərə satılan "Qalet de Rua" bayram piroqlarında 10 qrama qədər qızıl külçələr gizlədilib.
Bu barədə "Soir" qəzeti məlumat yayıb.
Məlumata görə, Brüsselin un məmulatları istehsalçısı "Succulente" öz məhsullarında bir və iki qram ağırlığında kiçik qızıl külçələr gizlədib. Valloniyadakı "Ble d'Or" şirniyyatçıları isə piroqlara 10 qrama qədər külçələr yerləşdiriblər.
Qeyd edək ki, hazırda birja qiymətlərinə əsasən, bir qram xalis qızılın qiyməti 218 manat civarındadır.