AZ

Dövlət qurumlarında lisenziyaların quraşdırılmasına 2,56 milyon manat ayrıldı

Yazını böyüt
Yazını kiçilt

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxsi (PHŞ) "Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminin (MESD) formalaşdırılması" ilə bağlı xidmətlərin satın alınmasını həyata keçirib.

Hafta.az xəbər verir ki, satınalma çərçivəsində 149 dövlət orqan və qurumunda müvafiq lisenziyaların quraşdırılması nəzərdə tutulur. Xidmətlərin icrası "Sinam" MMC-yə həvalə edilib. Müqavilənin ümumi dəyəri 2 milyon 560 min 800 manat təşkil edir.

Satınalma bir mənbə metodu ilə həyata keçirilib. Layihə üzrə işlərin bitmə tarixi isə 24 oktyabr 2026-cı il olaraq göstərilib.

Seçilən
42
hafta.az

1Mənbələr