“Mançester Siti” ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Yoşko Qvardiol sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı futbolçu İngiltərə Premyer Liqasının 20-ci turunda “Çelsi” ilə matçda (1:1) zədələnib.
23 yaşlı futbolçunun ayaq baldır sümüyü qırılıb. Onuni 3-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.