AZ

Kredit Həyat Sığortası kimlər üçündür? (Müsahibə)

Bakı. Trend:

Kredit Həyat Sığortası kredit götürən və kredit borcu olanşəxslər üçün nəzərdə tutulmuşdur. İstehlak krediti götürənşəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və yaəmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcuhəyat sığortası tərəfindən ödənilir. Bu sığorta növü ailənizi vəyaxınlarınızı sizin banka olan kredit borcunuza görə məsuliyyətdaşımaqdan azad edir.

Qeyd edək ki, bu məhsul müştərilərə könüllü qaydada təklifolunur. Son zamanlar ölkədə həyat sığortasına maraq artıb. Busəbəblə, Kredit Həyat Sığortası ilə bağlı suallarımızı "PAŞA HəyatSığorta" şirkətinin əməkdaşı Cəlil Əliyev cavablandırır.

Cəlil bəy, Kredit Həyat Sığortası nədir və nələrətəminat verir?

  • Kredit həyat sığortası – kredit götürən şəxsin həyatınısığortalayan məhsuldur. Əgər kredit müddətində sığortalı şəxsvəfat edərsə və ya əlillik halı baş verərsə, onunbanka olan qalıq kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.Məqsəd, ailənin və ya yaxınların bu borc yükünü miras olaraqalmamasıdır.

Azərbaycanda kredit həyat sığortası bazarınınhazırkı vəziyyəti necədir?

  • 2024-cü ildə Mərkəzi Bank tərəfindən bu məhsulla bağlıqaydalarda edilən dəyişikliklər kredit həyat sığortasını müştərilərüçün daha da əlçatan və maraqlı etdi. Artıq hər gün daha çox insankredit götürərkən eyni zamanda öz həyatını və sağlamlığını dasığortalayır.

Hazırda ölkəmizdə fəaliyyət göstərən bütünbanklardan kredit götürən zaman və ya əvvəlgötürülmüş kreditlər üzrə bu sığortanı əldə etməkmümkündür. Bu praktika uzun illərdir ipoteka kreditlərində tətbiqedilirdi, indi isə istehlak kreditləri üzrə də genişyayılmaqdadır.

Biz, PAŞA Həyat olaraq son 3 il ərzində vəfat etmiş vəya əlillik halı yaranmış müştərilərimizin 3 milyon manatdan çoxipoteka krediti borcunu ödəyərək, həm müştərilərimizin,həm də onların ailələrinin yanında olmuşuq.

Cəmiyyətdə bu sığorta ilə bağlı bəzi suallaryaranır. Onlara maraqlıdır ki, bu məhsul müştərini krediti ödəməməhalından sığortalayır ya kredit götürənin həyatı sığortaolunur?

  • Bu məhsul krediti ödəyə bilməmək halını deyil,yalnız həyatla bağlı ciddi hadisələri – yənivəfat və əlillik hallarını əhatə edir. Əgər buhallardan biri baş verərsə, qalan borc sığorta şirkəti tərəfindənödənilir. Borcun müvəqqəti olaraq ödənilməməsi, işsiz qalmaq və yadigər hallar bu sığorta növünün təminatına daxil deyil.

Ümumilikdə bu proses necə baş verir? Müştəri nəqədər sığorta haqqı ödəyir?

  • Sığorta haqqı kredit məbləğindən və müştərinin yaşından asılıolaraq hesablanır. Amma bu məbləğ, ümumilikdə, çoxsərfəlidir. Məsələn, 30 yaşlı bir şəxs üçün 10 000 AZNkredit üzrə sığorta haqqı təxminən 20 AZNcivarında olur. Bu, həm maliyyə, həm də psixoloji baxımdan böyükrahatlıq deməkdir.

Cəlil bəy, bəs kredit həyat sığortasını kimlər əldəedə bilər?

  • Bu sığortanı müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa,18–65 yaş aralığında olan bütün fiziki şəxslərəldə edə bilər.

Kredit götürən şəxs vəfat edərsə, onun kreditini kimödəməlidir?

Əgər kredit həyat sığortası varsa – borc sığorta şirkətitərəfindən ödənilir.
Əgər bu sığorta yoxdursa – borc varislərə keçir,yəni ailə üzvləri krediti ödəməklə məsuliyyət daşıyır. Bu isəailənin gözlənilməz şəkildə maliyyə yükü ilə üzləşməsinə səbəb olabilər.

Sığorta haqqının təyinində müştərinin yaşı,sağlamlıq vəziyyəti və digər fərdi xüsusiyyətlər necə nəzərəalınır?

Yaş, kredit məbləği, kredit müddəti kimi məlumatlar əsasgötürülür. Amma bu proses çox sadədir – əlavə tibbi sənəd və yamürəkkəb prosedur tələb olunmur. Müştəri üçün rahat və vaxtaparmayan bir şəkildə həyata keçirilir.

Sığorta hadisəsi baş verəndə hansı prosedurlarhəyata keçirilir?

Əgər sığortalı şəxs vəfat edərsə və ya əlillik halı yaranarsa,bu barədə sığorta şirkətinə məlumat verilir. PAŞA Həyat-aölüm və ya əlillik faktını sübut edən sənəditəqdim olunur. Sənədlər təqdim edildikdən sonra çox qısamüddətdə ödəniş həyata keçirilir. Proses tam şəffaf vəsadələşdirilmiş şəkildə qurulub ki, ailələr əlavə vaxt və stresssərf etmədən dəstək ala bilsinlər.

Məqalədə:
Seçilən
42
4
az.trend.az

5Mənbələr