AZ

Azərbaycanda sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin sayı açıqlandı

BAKI, 6 yanvar. TELEQRAF

2025-ci ildə sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin sayı təqribən 550 nəfərə yaxın olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sümük iliyi transplantasiyasına ehtiyac duyan şəxslər arasında daha çox talassemiyalı xəstələri üstünlük təşkil edir:

"Talassemiya xronik qan xəstəliyi olduğundan bu resipiyentlər uyğun donor tapılana qədər müəyyən müddət gözləyə bilirlər.
Lakin, qanın digər onkoloji xəstəlikləri də mövcuddur ki, xüsusilə kəskin limfoblastik leykemiya (ALL) və kəskin mieloblast leykoz (AML) kimi xəstəliklərin sürətlə irəliləməsi resipiyentlər üçün həyati təhlükə yaradır".

Həmçinin 2025-ci ildə sümük iliyi xəstələri daha çox hansı yaş aralığını əhatə etdiyi də açıqlanıb.

Qeyd edilib ki, ötən ilsümük iliyi xəstələri əsasən 0-17 yaş aralığındakı azyaşlıları əhatə edib.

Seçilən
78
12
teleqraf.com

10Mənbələr