Fransanın "Strasbur" klubunun baş məşqçisi Liam Rosenyor İngiltərənin "Çelsi" komandasına keçəcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis məşhur insayder Fabritsio Romanoya açıqlamasında deyib.
"Bəli, mən dünyanın ən yaxşı klublarından biri olan "Çelsi"nin yeni baş məşqçisi olacağam", - deyə Rosenyor bildirib.
İngiltərəli məşqçi bu postda yanvarın 1-də istefaya göndərilən Enso Mareskanı əvəzləyəcək.