AZ

BBC-dən əməkdaşlarına Maduro xəbərdarlığı

Britaniyanın ictimai yayım qurumu BBC-nin əməkdaşlarına Venesuela Prezidenti Nikolas Maduro haqqında “qaçırıldı” ifadəsini işlətməmək tapşırılıb.

"Cebheinfo.az" xəbər verir ki, jurnalist Ouen Cons, BBC-nin səhər saat 9-da keçirilən redaktorlar toplantısında rəhbərlik tərəfindən hazırlanmış hesabatı paylaşıb.

BBC rəhbərliyinin qeydlərində “qaçırıldı” (kidnapped) ifadəsinin istifadəsindən çəkinmək tövsiyə olunub. Qeyddə “yaxalandı” (captured) ifadəsinin ABŞ-nin əməliyyat tərifinə istinadla işlədilməsi, “ələ keçirildi” (seized) ifadəsinin isə uyğun hallarda BBC-nin öz xəbər dili çərçivəsində istifadə oluna biləcəyi qeyd olunub.

BBC-nin əməkdaşlarına göndərildiyi iddia edilən qeyddə aşağıdakı ifadələr yer alır:

Səhər saat 9-da müzakirə edildiyi kimi:

Xəbərlərimizdə aydınlıq və ardıcıllığı təmin etmək üçün, Venesuelada baş verən son hadisələri işıqlandırarkən aşağıdakı göstərişlərə əməl edin:

*“Captured” (yaxalandı)

Bu ifadəni ABŞ-nin əməliyyat tərifinə istinadla istifadə edin.

Məsələn: “ABŞ, Maduronun əməliyyat zamanı yaxalandığını bildirdi”.

*“Seized” (ələ keçirildi)

Uyğun hallarda öz xəbər dilimizdə istifadə oluna bilər.

*“Kidnapped” (qaçırıldı)

Bu ifadədən istifadə etməkdən çəkinin.

Bu göstərişləri nəzərə aldığınız üçün təşəkkür edirik.

Seçilən
61
1
cebheinfo.az

2Mənbələr