ain.az, Bizim media saytına istinadən bildirir.
“Samir Abasovun “Neftçi”dən istefaya göndərilməsi düzgün addım idi. Çünki bundan öncə gedişi zamanı həmin heyəti o yığmamışdı. Bu dəfə isə heyəti Samir özü yığmışdı, nəticə yox idisə, demək məşqçi günahkardır”.Bu sözləri Bizim.Media-ya açıqlamaısnda veteran futbolçu milli komandamızın keçmiş üzvü Tərlan Əhmədov deyib.O, həmçinin paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub haqqında da danışıb:
“İndidən Vernidubun hansı nəticəni göstərəcəyini demək düzgün deyil. Hər şey onun işə yanaşmasından, futbolçularla iş prinpindən asılı olacaq. Ukraynalı məşqçilər bir qədər aqressiv olurlar. Onlarla işləmək o qədər də asan deyil. Həm də burada komandanın hazırkı vəziyyətini də nəzərə almaq lazımdır.Məncə, bu mövsüm “Neftçi” ciddi uğur qazanmayacaq. Əsas planlar gələn mövsümlə bağlı olacaq. “Neftçi” bu il maksimum 4-cü yeri tuta bilər. O da əgər digər komandalar xal itirsə. Bir məsələ də var ki, çempion olmaq istəyən komanda heç-vaxt 7-8-ci yerdə komandalardan futbolçu transfer etməz”.Rəşad Rafiqoğlu, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.