Cebheinfo saytına istinadən ain.az xəbər verir.
İran Suriyada müvəqqəti hökumətin prezidenti təyin olunan Əbu Məhəmməd əl-Colaniyə (Əhməd əş-Şaraa) qarşı sui-qəsd planlaşdırır və bu barədə İsrail Şam rəhbərliyini xəbərdar edib.
"Cebheinfo.az" xəbər verir ki, "Jerusalem Post" qəzetinin yaydığı məlumata görə, İran Şaraaya qarşı sui-qəsd hazırlayır.
Adı açıqlanmayan İsrail ordusundakı bir mənbəyə istinadən yayılan xəbərdə, İranın Şaraaya qarşı sui-qəsd üçün düşmən elementlərlə əməkdaşlıq etdiyi iddia olunur. Tel-Əviv ilə Şam arasında yenidən başlayan təmaslardan sonra İsrailin İranın Şaraaya qarşı sui-qəsd hazırlığında olduğu barədə Suriya rəhbərliyinə xəbərdarlıq etdiyi bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.