AZ

ABŞ Dövlət Departamentindən rusca paylaşım

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Dövlət Departamentinin rusdilli sosial media hesabında “Trampla oyun oynamayın” mesajı ilə paylaşım edilib.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, paylaşımda prezident Donald Trampın Venesuelaya hərbi müdaxilə fonunda çəkilmiş fotoşəkli də yer alıb.

Mesajda Trampın hərəkətli insan olduğu vurğulanaraq Maduroya qarşı əməliyyatın başladığı bildirilib.

Qeyd edək ki, Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif bölgələrindəki mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ isə Maduro və həyat yoldaşına qarşı narkotik terrorizmi və digər cinayətlərlə bağlı ittihamların irəli sürüldüyünü açıqlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
1
cebheinfo.az

2Mənbələr