AZ

İcra başçısı üç nəfəri vəzifədən azad edib

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin Baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.

Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.

Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub/iqtisadiyyat.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
14
reyting.az

10Mənbələr