AZ

İcra başçısı xanım müavinini vəzifəsindən azad edib? RƏSMİ FOTO YENİLƏNİB

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanovanın vəzifəsindən azad edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Aliyə Osmanova hazırda vəzifəsini icra edir.

***

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanova vəzifəsindən azad edilib.

Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Cavid Əbdul-Qədirov sərəncam imzalayıb.

Qeyd edək ki, A.Osmanova ötən ilin mayında bu vəzifəyə təyin olunmuşdu. O bu təyinatdan əvvəl Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini, daha əvvəllər isə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim vəzifələrində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
avtosfer.az

3Mənbələr