AZ

Qonşu ölkədə güclü zəlzələ oldu

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada Kamçatkanın cənub-şərq sahilindəki Sakit okean akvatoriyasında 4,8 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

"Koordinatlar: 52.5777, 159.2458... Maqnituda (Ml): 4,8", - məlumatda deyilib.

Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 69 kilometr məsafədə olub, ocağı 39,7 kilometr dərinlikdə yerləşib.

Məlumata görə, Petropavlovsk-Kamçatskinin əsas ərazisində zəlzələ 4 bala qədər, bəzi rayonlarda isə 5 bala qədər hiss edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
6
news.milli.az

6Mənbələr