AZ

Müayinəyə gələn şəxs xəstəxana dəhlizində həyatını itirdi

Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib.

Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
78
10
publika.az

10Mənbələr