AZ

Nazir Misir Mərdanovun bacısı oğluna vəzifə verdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayevlə bağlı maraqlı detal məlum olub.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, baş idarə rəisi təyin edilən A.Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.

Qeyd edək ki, Anar Qocayev sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun isə bacısı oğludur.

***10:32

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
3
globalinfo.az

10Mənbələr