Yanvarın 6-da İrəvan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.
NOCOMMENT.az xəbər verir ki, baş nazir aksiyanı özü “xaç yürüşü” adlandırıb.
Yürüş Surp Qriqor Lusavoriç kafedralında (Müqəddəs Qriqori Maarifçi) keçirilən Milad ayinindən sonra start götürüb. Ayində Ermənistanın ali dövlət rəhbərliyi də iştirak edib.
Paşinyanı yürüş zamanı həyat yoldaşı Anna Akopyan müşayiət edib.
Aksiyada həmçinin dövlət məmurları və hakim Vətəndaş Müqaviləsi partiyasının üzvləri iştirak ediblər.
Yürüş iştirakçıları Surp Anna kilsəsi istiqamətində hərəkət ediblər.