AZ

Afrika Millətlər Kubokunda 1/4 finalın daha 2 iştirakçısı bəlli oldu

ain.az, Unikal.az saytına istinadən bildirir.

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Misir millisi Benini 3:1, Nigeriya yığması isə Mozambiki 4:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Daha əvvəl Seneqal, Mali, Mərakeş və Kamerun komandaları adlarını növbəti mərhələyə yazdırıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinə bu gün keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
6
unikal.az

6Mənbələr