AZ

Şotlandiya nəhəngində istefalar bitmir Bir ay əvvəl təyin olunan baş məşqçi qovuldu

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Seltik" klubu baş məşqçisi Vilfrid Nansini istefaya göndərib. 

Fanat.Az xəbər verir ki, Şotlandiya təmsilçisi qərarını rəsmi saytı vasitəsilə elan edib. 

Klub baş məşqçi ilə yanaşı, onun köməkçiləri ilə də müqaviləni ləğv edib. 

Bərbad mövsüm keçirən "Seltik" həmçinin Pol Tisdeylin futbol əməliyyatları rəhbəri vəzifəsindən göndərildiyini açıqlayıb.

Xatırladaq ki, iki həftə əvvəl Qlazqo klubunun prezidenti Peter Louell də postundan istefa vermişdi. 

Vilfrid Nansi 4 dekabr 2025-ci ildə "Seltik"ə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda səkkiz oyunda altı məğlubiyyət alıb. 

"Seltik" hazırda Şotlandiya Premyer Liqasında ikinci yerdədir və liderdən 6 xal geri qalır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
fanat.az

2Mənbələr