AZ

Bakıda bu məktəbi polis 24 saat qoruyacaq

Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub.

Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.

Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları tərəfindən növbəli şəkildə 24 saatlıq rejimdə təmin olunur. (Anews.az)

Bizim.Media

Seçilən
112
19
bizim.media

10Mənbələr