ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
xəbər verir ki, öz mövqeyini “Sky News” telekanalına açıqlayan Kir Starmer Qrenlandiyanın gələcəyinin Danimarkanın özünə məxsus olduğunu deyib. “Danimarka yaxın avropalı müttəfiqidir, NATO-nun yaxın müttəfiqidir. Ona görə də gələcək Qrenlandiyaya, Danimarka Krallığına və yalnız onlara məxsus olmalıdır. Mən Mette Frederikseni dəstəkləyirəm və o, Qrenlandiyanın gələcəyi barədə haqlıdır”, - Böyük Britaniyanın baş naziri vurğulayıb. 
Danimarka və Qrenlandiya Trampa qarşı
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Aİ-nin öz müdafiəsini təmin etmək üçün Qrenlandiyanın ABŞ-yə təhvil verilməsinə ehtiyac duyulduğunu söyləyib. O, həmçinin Qrenlandiyanın ABŞ-nin müdafiəsi üçün də vacib olduğunu deyib. “Danmarks Radio” radiostansiyasına müsahibədə Mette Frederiksen bildirib ki, “bir NATO ölkəsi digər NATO ölkəsinə hücum edərsə, hər şey bitəcək”. Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də Trampın bəyanatlarını “hörmətsizlik” adlandıraraq, ABŞ hökumətini təhdidləri, təzyiqləri və ilhaq söhbətlərini dayandırmağa çağırıb. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.