AZ

Prezidentin qərarı Azərbaycana 10 milyard dollardan çox gəlir qazandırdı

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı deyib.

“Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı”.

Xatırladaq ki, təkcə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,5 kiloqram həcmində qızıl idxal edilib.

2025-ci ilin oktyabr ayının 1-i üçün ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram olub. Hazırda dünya bazarlarında qızılın 1 unsiyası 4400 dollara satlır və qiymətli metalın qiyməti artmaqda davam edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
3
icma.az

4Mənbələr