AZ

“Turan Tovuz” tarixinin ən bahalı satışını reallaşdırdı

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Turan Tovuz” tarixinin ən bahalı satışını reallaşdırıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “bozqurdlar” braziliyalı futbolçu Aleks Souzanı Yaponiyanın “Kyoto Sanqa” klubuna satıb.

24 yaşlı hücumçu üçün yaponlar Tovuz təmsilçisinə 300 min avro (təxminən 600 min manat) ödəyib.

Daha öncə, ötən ilin fevralında nigeriyalı futbolçu Otto Con Səudiyyə Ərəbistanının "ƏlMadina" klubuna 200 min avroya satılmışdı.

Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvarında “Turan Tovuz”a transfer olunmuşdu. O, komandanın heyətində meydana çıxdığı 68 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
2
icma.az

3Mənbələr