AZ

Kənd təsərrüfatı ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunacaq

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib.

Reyting.az xəbər verir ki, dəyişiklik "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədardır.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.

Dəyişiklikdə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
20
reyting.az

10Mənbələr