AZ

"Neftçi" Əbu-Dabidə ilk məşqinə çıxdı - FOTOLAR

"Neftçi" qış təlim-məşq toplanışına başlayıb.

Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də Birləşmiş Ərəb Əmirliklərinə yollanan "ağ-qaralar" paytaxt Əbu-Dabidə ilk məşqə çıxıb.

"Neftçi" BƏƏ-də 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Neftçi"nin toplanışı yanvarın 17-dək davam edəcək.

Seçilən
7
1
fanat.az

2Mənbələr