AZ

Şalva Papuaşvili: Aİ dünya nizamının pozulmasından öz məqsədləri üçün istifadə etməkdən çəkinməyəcək

Tbilisi, 6 yanvar, AZƏRTAC

Venesuelada baş verənlər beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi Avropa İttifaqının artıq mövcud olmadığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Brüssel lazım gələrsə, dünya nizamının pozulmasından öz məqsədləri üçün istifadə etməkdən çəkinməyəcək və bundan qazanc əldə etməyə çalışacaq. Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan hərəkətləri də buna yaxşı sübutdur”, – deyə Papuaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
19
2
azertag.az

3Mənbələr