Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb.
Publika.az Anews.az-a istinadən xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub.
Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.