Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi Kubadakı kommunist rejiminin də süqutuna səbəb ola bilər.
Reyting.az xəbər verir ki, bunu “The Hill” qəzetinə respublikaçı senator Lindsi Qrem deyib.
“Kubada kommunist diktaturasının Maduronun devrilməsindən sonra sağ qalmaq şansı yoxdur. Bitdi; bu, yalnız zaman məsələsidir”, - Qrem bəyan edib.
Jurnalistlər həmçinin prezident Donald Trampın Kuba rejiminin “çökməyə hazırlaşdığı” barədə açıqlamasını xatırlayırlar.
Xatırladaq ki, Kuba Venesuelanın yaxın müttəfiqidir və bu ölkədən neft idxalından çox asılıdır.
Valideynləri Kubanı tərk edərək ABŞ-a köçən ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, Maduronun həbsindən Kuba rejimi narahat olmalıdır.
O, Kubadakı vəziyyətin Venesuelaya çox bənzədiyini, Vaşinqtonun kubalılara və bu ölkəni tərk etməyə məcbur olan insanlara kömək etmək istədiyini bildirib.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.