ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Polşanın “Motor” klubunda çıxış edən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun keçidində ən ciddi maraq göstərən klub “Zirə”dir.
Futbolçunun adı bir müddət “Qarabağ”la hallansa da, baş məşqçi Qurban Qurbanovun planlarına daxil olmadığı üçün bu variant reallaşmayıb. R.Dadaşov həmçinin “Neftçi” ilə də əlaqələndirilir, lakin hazırda “Zirə” bu məsələdə daha şanslı tərəf sayılır.
Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqaviləsi yaya qədərdir və Polşa klubu futbolçunu transfer siyahısına çıxarıb.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.