AZ

“Neftçi” də başladı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” mövsümün ikinci dövrəsinə hazırlıqlara start verib.

Futbolpress.az xəbər verir ki, yanvarın 4-də BƏƏ-yə yola düşən “ağ-qaralar” üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar. Komandanın hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Növbəti məşq bu axşam baş tutacaq.

Qeyd edək ki, “Neftçi” burada 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
futbolpress.az

4Mənbələr