ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 5-də Praqa aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir.Bu barədə Demokrat.az-a Praqa Hava Limanından bildirilib.Qeyd edilib ki, Praqa Hava Limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil: "Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.