İngiltərənin “Çelsi” futbol klubuna yeni baş məşqçi təyin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə futbol klubu məlumat yayıb. Açıqlamada 41 yaşlı ingilis mütəxəssislə 2032-ci ilə qədər müqavilə imzalandığı bildirilib.
Rozenior məşqçilik karyerası ərzində “Derbi Kaunti”, “Hall Siti” və son olaraq Fransanın “Strasburq” klubunda çalışıb.
Enzo Mareskanın rəhbərliyi altında Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyən “Çelsi” 20 turdan sonra 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. UEFA Çempionlar Liqasında isə 10 xal toplayan “Mavilər” hazırda 13-cü yerdədir.
Qeyd edək ki, “Çelsi” klubunda baş məşqçi postu Enzo Mareskanın vəzifədən ayrılmasından sonra boş qalmışdı.
Əsmətxanım Rzazadə
Telegram kanalımız