AZ

Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisində fasilə yaranıb

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu barədə Far.Az-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində təmir işləri aparılır.

Bununla əlaqədar olaraq saat 14:00-dan saat 15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
111
5
far.az

10Mənbələr