AZ

"Çelsi"nin yeni baş məşqçisi təyin edildi

İngiltərənin “Çelsi” klubu Enzo Mareska ilə yollarını ayırıb.

Missiya.Az xəbər verir ki, London təmsilçisi Liam Rozenborqu komandanın yeni baş məşqçisi təyin edib.

Klubdan verilən açıqlamaya görə, 41 yaşlı ingilis mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. Rozenborq daha əvvəl “Derbi Kaunti”, “Hall Siti” və Fransanın “Strasburq” klublarında çalışıb.

Qeyd edək ki, Mareskanın rəhbərliyi altında Premyer Liqada son dörd oyunda qələbə qazana bilməyən “Çelsi” 20 turdan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında isə 10 xalla 13-cü yerdədir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr