AZ

Yenidən Avropaya qayıdır

ain.az bildirir, Milli.az portalına istinadən.

Portuqaliya millisinin üzvü Juan Kanselu hazırda çıxış etdiyi "Əl-Hilal" klubunu tərk etmək niyyətindədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano açıqlama verib.

Məlumata əsasən, İtaliyanın "İnter" klubu Səudiyyə Ərəbistanı təmsilçisinə maraqlı təklif irəli sürüb. Milan klubu müdafiəçisi Françesko Açerbini Kanselu ilə birbaşa dəyişmək variantını gündəmə gətirib.

Eyni zamanda, "Barselona" da 31 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyən klublar sırasındadır. Bildirilir ki, Kanselu bu həftə gələcək karyerası ilə bağlı yekun qərarını verəcək.

Qeyd edək ki, Juan Kanselu 2024-cü ilin yayından etibarən "Əl-Hilal"ın formasını geyinirdi.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
news.milli.az

2Mənbələr