“Turan Tovuz” futbolçusu Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.
Klubdan SİA-ya verilən məlumata görə, braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Aleks Souza Misli Premyer Liqasında “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxıb.