AZ

Elşad Məmmədov: “Azərbaycanın sosial-iqtisadi siyasətinin mərkəzində insan amili dayanır”

"Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, zənnimcə, bir daha təsdiqləyir ki, ölkədə reallaşdırılan sosial-iqtisadi siyasətin mərkəzində insan amili, yəni Azərbaycan vətəndaşı dayanır. Bu, olduqca önəmlidir".

Bunu İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Professor Elşad Məmmədov QHT.az-a bildirib. Professor qeyd edib ki, nəzərə almaq lazımdır ki, artıq dünyada mövcud trend ondan ibarətdir ki, insan kapitalına yönəlik siyasət və insan kapitalının prioritetliyi həmin ölkələrin sosial-iqtisadi mühitini daha təkmil, daha rəqabətqabiliyyətli, daha mütərəqqi və effektiv şəkildə formalaşdırır:

"Bu baxımdan, ölkədə reallaşdırılan sosial-iqtisadi siyasətin mərkəzində insan amilinin olması bir tərəfdən əhalimizin geniş kateqoriyalarının sosial müdafiəsini təmin edir, digər tərəfdən isə iqtisadiyyata güclü və müsbət impuls verir. Xüsusilə nəzərə alanda ki, dünya iqtisadiyyatındakı problemlər dərinləşməkdədir, daxili bazarın qorunması və alıcılıq qabiliyyətinin stimullaşdırılması çox vacibdir. Sosial yönümlü siyasətin həyata keçirilməsi ölkəmizin imkanlarını bu istiqamətlər üzrə xeyli dərəcədə genişləndirmişdir."

Elşad Məmmədov vurğulayıb ki, Respublikamızda reallaşdırılan ardıcıl beş sosial islahat paketinin əhatə dairəsi 4 milyon insanı əhatə edir və həmin paketlərin reallaşdırılmasına 8 milyard manat vəsait yönəldilib. Bunlar bir daha göstərir ki, ölkədə sosial yönümlü tədbirlər ardıcıl və dayanıqlı şəkildə həyata keçirilir:

"Əhalinin həssas kateqoriyalarına sosial dəstək Azərbaycanda reallaşdırılan sosial-iqtisadi siyasətin danılmaz prioritetlərindəndir. Eyni zamanda, aktiv məşğulluq tədbirləri və əhalinin əmək bazarındakı rolunun genişləndirilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mütərəqqi və effektiv olduğunu göstərir. Bu siyasət ardıcıl və dayanıqlı şəkildə bundan sonra da davam etdirilməlidir".

Seçilən
24
qht.az

1Mənbələr