AZ

ABŞ Qrenlandiyanı ələ keçirsə, NATO dağılacaq Danimarkanın baş naziri

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Danimarkanın baş naziri Mette Frederiksen bəyan edib ki, ABŞ tərəfindən Qrenlandiyanın ələ keçirilməsi NATO hərbi alyansının faktiki olaraq sonu anlamına gələr.Bizim.Media AP-yə istinadən xəbər verir ki, o, bu barədə bazar ertəsi Danimarkanın TV2 telekanalına açıqlamasında bildirib.Qeyd olunur ki, Frederiksenin bu şərhləri ABŞ prezidenti Donald Trampın Venesuelada keçirilən hərbi əməliyyatdan sonra strateji əhəmiyyətə malik, zəngin faydalı qazıntılara sahib Arktika adasının ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı növbəti çağırışına cavab olaraq səslənib.Frederiksen və onun Qrenlandiyalı həmkarı Yens-Frederik Nilsen Trampın bəyanatlarını kəskin şəkildə pisləyərək, bunun fəlakətli nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər. Bir çox Avropa lideri də onlarla həmrəylik nümayiş etdirib.“Əgər ABŞ NATO-ya üzv olan başqa bir ölkəyə qarşı hərbi hücum həyata keçirməyə qərar versə, hər şey dayanacaq. O cümlədən NATO alyansı da. Bu isə İkinci Dünya müharibəsinin sonundan bəri təmin olunan təhlükəsizliyin sona çatması deməkdir”, – deyə Mette Frederiksen vurğulayıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
bizim.media

3Mənbələr